Kriminal
Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR
Bakıda hamamdan oğurluq edilib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki hamamlardan birində baş verib. Naməlum şəxslər hamamdan 5000 manat dəyərində 3 ədəd kombi aparatı oğurlayıblar. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Abdullazadə və əvvəllər məhkum olunmuş R.İsrafilov saxlanılıblar. Araşdırma zamanı E.Abdullazadənin Masallı rayonunda bir nəfəri aldadaraq 1 450 manat pulunu ələ keçirdiyi də məlum olub. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma davam etdirilir.
Mənbə
oxu.az