Kriminal

Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO

29 Sep 2026, 12:12 2 baxış
Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib. Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin "Qırmızı Kanal"a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub. Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2 502.524 karat brilyant qaşlar aşkar edilib. Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər