Kriminal

Bakıda dəmiryol xəttində təhlükə: Qatarın qarşısına kənar əşyalar atılır - VİDEO

29 Sep 2026, 12:32 2 baxış
Bakıda dəmiryol xəttində təhlükə: Qatarın qarşısına kənar əşyalar atılır - VİDEO
Bakıda dəmiryolu xəttinə qatarların hərəkətinə mane olan əşyalar atılır. Oxu.Az-ın məlumatına görə, bir neçə gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri stansiyasının yaxınlığında relsin üzərinə iki ədəd avtomobil təkəri qoyulub ki, bu da xətt üzrə hərəkət edən qatarların təhlükəsiz hərəkətinə mane olub. Faktı Oxu.az-a "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) təsdiqləyiblər. Bildirilib ki, 2026-cı ilin 8 ayı ərzində yola 42 dəfə kənar əşya qoyulub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur: "Dəmir yollarının üzərinə kənar əşyaların qoyulması qadağandır. Bu halda hərəkətin təhlükəsizliyinə ciddi maneə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzil başına vaxtında çatdırılmasında yubanmalar yaşanır, sərnişinlərin və qatar heyətinin həyatı risk altına düşür".
Mənbə oxu.az

Oxşar Xəbərlər