Dünya
Hörmüzdə ticarət gəmisi vuruldu
Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib və yanğın baş verib. Oxu.Az-ın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış "Ambrey" şirkəti açıqlama verib. "Ticarət gəmisi Hörmüz boğazının cənub marşrutu ilə irəliləyərkən, Omanın Xəsəb şəhərinin şimalında zərbəyə məruz qalıb və yanıb", - deyə "Ambrey" şirkətinin yaydığı məlumatda qeyd olunur.
Mənbə
oxu.az