İdman
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib. Oxu.Az xəbər verir ki, 2-ci qrupun qarşılaşmasını Avstriyadan olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Kristian Petru Çoçirkaya həmyerliləri Maksimilian Veys və Mihael Obritzberger kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Şəfəq Barmaksız yerinə yetirəcək. VAR-da Manuel Şüttengruber, AVAR-da isə Aleksandr Harkam çalışacaq. Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Mənbə
oxu.az