Kriminal
Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı
Ağsu rayonunda meşədə yanğın törədən şəxs saxlanılıb. Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndində baş verib. Kənd ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb. Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az