Digər

Rusiya Dövlət Dumasının yeni sədri kim olacaq? - İki namizəd

28 Sep 2026, 21:55 3 baxış
Rusiya Dövlət Dumasının yeni sədri kim olacaq? - İki namizəd

Rusiya Dövlət Dumasının sədri vəzifəsinə iki namizəd irəli sürülüb: Vahid Rusiyadan Vyaçeslav Volodin və Rusiya Kommunist Partiyasından Dmitri Novikov.


Axar.az xəbər verir ki, bu barədə ilk plenar iclası hazırlayan müvəqqəti parlament işçi qrupunun sədri Viktor Pinski bildirib.


O vurğulayıb ki, müvəqqəti işçi qrupu Dövlət Duması sədrinin seçilməsi məsələsini açıq səsvermə yolu ilə həll etməyi təklif edib:


"Deputat yalnız bir namizədə səs verir. Bunun üçün elektron səssayma sistemindən istifadə etmək təklif olunur".


Qeyd edək ki, Rusiya Dövlət Dumasının son sədri Vyaçeslav Volodin olub.

Mənbə axar.az

Oxşar Xəbərlər