İdman

Azərbaycan futbolçuları yaxşı səviyyədə olsa da... - Kuçis

28 Sep 2026, 20:07 3 baxış
Azərbaycan futbolçuları yaxşı səviyyədə olsa da... - Kuçis

Litva millisinin futbolçusu Armandas Kuçis UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunun 2-ci turunda Azərbaycana qarşı keçirdikləri oyunda qeydə alınan heç-heçədən (1-1) narazı qalıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, millimizin qapısına qol vuran futbolçu qələbə qazana bilməmələrini məyusluqla qarşılayıb:


“Çətin oyun idi. Çox mübarizə getdi, bəlkə də gözəl olmayan futbol oynandı. Azarkeşlərə qələbə hədiyyə etmək istəyirdik və bunun üçün çalışdıq. Ona görə də fikirlərim çox qarışıqdır.


Bəlkə də usta toxunuşlar çatmadı. Məyusam, amma buna görə çox üzülməyə dəyməz. Bu, evdə məğlub edə bilməyəcəyimiz hansısa güclü komanda deyil. Düşünürəm ki, səfərdə tamam fərqli futbol göstərəcəyik. Futbolçuları həqiqətən yaxşı səviyyədədir. Texniki baxımdan onları saxlamaq çətindir. Amma komanda kimi çox boşluqları var. Bəzi zonalarda daha sakit və ağıllı oynamalıyıq.


Bu oyunu təhlil edib nəticə çıxaracağıq. Cavab matçına hazırlaşmaq üçün hələ vaxtımız var və həmin görüşü səbirsizliklə gözləyirəm. İndi isə Andorra ilə yoldaşlıq oyunumuz olacaq. Ona da ciddi yanaşırıq. Bizim üçün yoldaşlıq oyunu yoxdur, yalnız qələbə üçün meydana çıxacağıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər