Ən bahalı Ayfonda gözlənilməz qüsur
Yeni Ayfon 18 Pro Max bu seriya üçün rekord çəkiyə çatıb və bu amil Əpl flaqman smartfonu üçün gözlənilməz bir çatışmazlıq ola bilər.
Axar.az Modern.az-a istinadən xəbər verir ki, Ayfon 18 Pro Max 249 qram çəkisi ilə Əpl-in əsas məhsul xəttindəki ən ağır smartfondur. Müqayisə üçün demək olar ki, eyni dizayna malik olan ötən ilki Ayfon 17 Pro Maxın çəkisi 16 qram daha azdır.
Müəlliflərin fikrincə, bu əlavə çəki cihazın istifadə rahatlığına nəzərəçarpacaq dərəcədə təsir göstərə bilər.
Telefonu bir əllə tutmaq daha çətindir və uzunmüddətli istifadə zamanı yaranan əlavə gərginlik narahatlığa və bilək ağrısına səbəb ola bilər.
Ayfon 16 Pro Max”ın çəkisi 227 qram,
Ayfon 15 Pro Max”ınkı 221 qram,
Ayfon 14 Pro Max”ınkı isə 240 qramdır.
Bu kontekstdə, Əpl-ın flaqmanı həmçinin oxşar ölçülü böyük ekranlara və möhkəm korpuslara malik bəzi rəqiblərindən daha ağır görünür. Ekspertlər Ayfon 16 Pro Maxın çəkisinin artmasını ilk növbədə yeni soyutma sistemi və daha yüksək tutumlu batareya ilə əlaqələndirirlər.
Bu komponentlər cihazın daxili konstruksiyasında dəyişikliklər etməyə imkan versə də, eyni zamanda onun çəkisini artırıb. Ehtimal edilir ki, bu çəki yeni flaqmanın ən diqqətçəkən xüsusiyyətlərindən birinə çevrilə bilər.