Cəmiyyət
Bakının mərkəzində içməli su ilə bağlı problem aradan qaldırıldı - FOTO/VİDEO
Bakının Nərimanov rayonunda içməli su borusunun partlaması nəticəsində yaranan problem aradan qaldırılıb. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Sözügedən ünvanda su xəttində qəza dünən aradan qaldırılıb. Xətt təmir edilərək bərpa olunub", - deyə məlumatda bildirilib.
{{gallery}} Bakının Nərimanov rayonunda içməli su borusunun partlaması nəticəsində yaranan problem bir həftədir aradan qaldırılmayıb. Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) bununla bağlı şikayət daxil olub.
Qeyd olunub ki, hadisə Nəcəf Nərimanov küçəsi, 3 ünvanında baş verib: təxminən bir həftə əvvəl içməli su borusu partlayıb və nəticədə böyük həcmdə su küçəyə axmağa başlayıb. Şikayətçi iddia edib ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat verilsə də, problem hələ də həllini tapmayıb. Onların sözlərinə görə, suyun fasiləsiz şəkildə küçəyə axması həm içməli suyun israfına, həm də ərazidə yol örtüyünün sıradan çıxmasına və ətrafın su basmasına səbəb olur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Mənbə
oxu.az