Dünya

ABŞ baş prokuroru: "Tramp medianın Ağ Evə girişinə qadağa qoymayıb"

28 Sep 2026, 11:06 2 baxış
ABŞ baş prokuroru: "Tramp medianın Ağ Evə girişinə qadağa qoymayıb"
"Donald Tramp medianın Ağ Evə daxil olmasını məhdudlaşdırmayıb". Oxu.Az "ABC News" nəşrinə istinadın xəbər verir ki, bu sözləri ABŞ-nin Baş prokuroru Todd Blanş deyib. Onun sözlərinə görə, Prezident Donald Tramp CNN, "Politico" və MS NOW (əvvəlki adı MSNBC) təmsilçilərinin Ağ Evə buraxılmasına qadağa qoymayıb. "Prezident [CNN, MS NOW və Politico jurnalistlərinə] girişdən imtina etməyib. Bu, yanlış ifadədir. Prezident bəzi media qurumlarının sadəcə olaraq doğru xəbərləri yaymaqdan imtina etməsindən bezdiyini söyləyib", - deyə Blanş vurğulayıb. ABŞ-nin Baş prokuroru fikrini belə tamamlayıb: "Sözsüz ki, məhkəmə prosesləri davam edir, lakin bir şeyi anlamaq vacibdir: Ağ Evdə iştirak etmək bir imtiyazdır. Bu, hüquq deyil". Qeyd edək ki, daha əvvəl, sentyabrın 18-də Tramp CNN, MSNBC və "Politico"nun təmsilçilərinin Ağ Evə girişinə qadağa qoyulduğunu elan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər