Dünya
SEPAH ABŞ-nin sualtı kəşfiyyat vasitəsini ələ keçirdi - VİDEO
İranın İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında ABŞ-nin özühərəkət edən sualtı vasitəsini ələ keçirdiyini bildirib. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Tutulan vasitənin ABŞ tərəfindən bölgədə kəşfiyyat üçün istifadə edildiyi iddia olunur. İran ordusu ələ keçirilən dərin dəniz pilotsuz aparatını müasir ağıllı sualtı platformalar sinfi olan "Remus 600" kimi müəyyən edib. Hadisə ilə bağlı şərh verən SEPAH Hərbi Dəniz Qüvvələri İranın Hörmüzdə "icazəsiz marşrutlar boyunca" istənilən hərəkətin və əməliyyatın qarşısını almağa davam etməkdə qərarlı olduğunu vurğulayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər