Digər

Tokayev onu müdafiə naziri təyin etdi

27 Sep 2026, 19:00 3 baxış
Tokayev onu müdafiə naziri təyin etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ordunun Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aydos Mırzaxmetovu ölkənin yeni müdafiə naziri təyin edib.


Axar.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.


"Aydos Sakenoviç Mırzaxmetov Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilsin və o, əvvəlki vəzifəsindən azad edilsin", - deyə sənəddə bildirilib.


Qeyd edək ki, Xəzər dənizində keçirilən təlimlər zamanı hərbçilərin həlak olmasından sonra Dauren Kosanov müdafiə naziri vəzifəsindən azad edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər