Dünya
Pezeşkian Məkkə sazişindən danışdı: "İslam dünyasının birliyini gücləndirə bilər" - FOTO
İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini müsəlmanların birliyi istiqamətində atılmış müsbət addım kimi qiymətləndirib. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Pezeşkian bildirib ki, saziş müsəlman ölkələri arasında qarşıdurmaların qarşısının alınmasına, tərəflərin eyni masa arxasında əyləşərək İslam birliyi istiqamətində əməkdaşlıq etməsinə xidmət edə bilər. Sazişin İrana qarşı yönəlib-yönəlmədiyi barədə suala cavab verən İran prezidenti bunun qarşıdurmaya səbəb olmaq əvəzinə, dialoqu təşviq edə və İslam dünyasının birliyini gücləndirə biləcəyini deyib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər