Dünya
Sahibləri kar olduğu üçün tərk etdilər, indi ona serjant rütbəsi VERİLİR - ABŞ-də maraqlı olay - FOTO
ABŞ-nin Miçiqan ştatının Milli Qvardiyasında xidmət etməyə hazırlaşan, anadangəlmə kar olan üç yaşlı Argentino Aksel adlı itə serjant rütbəsi veriləcək. Oxu.Az "New York Post"a istinadən xəbər verir ki, it 125-ci Piyada Alayının 1-ci batalyonunda xidmət edir və 50-dən çox komandanı bilir. Onların bir hissəsi jestlərlə verilir. Akselin əvvəlki sahibləri itin eşitmə probleminin olduğunu öyrəndikdən sonra onu sığınacağa veriblər. Milli Qvardiyanın əməkdaşı Karazim balaya sahiblənərək onun üçün vizual siqnallar sistemi hazırlayıb. O, iti bir neçə ay ərzində təlimləndirib və reaksiyasını yoxlamaq üçün bölmənin tədbirlərinə aparıb. "O, mənə etibar etməlidir və biz bu etimadı qurmuşuq", - deyə Karazim bildirib. Aksel üçün xidmətə uyğun xüsusi forma, jilet və boyunbağı da hazırlanıb. Milli Qvardiya itin təyinatı barədə sosial şəbəkələrdə məlumat yayıb. İstifadəçilər yeni serjantı dəstəkləyib və ona vəzifələrinin öhdəsindən uğurla gəlməyi arzulayıblar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər