Dünya
İsrail Livanın cənubuna ZƏRBƏ ENDİRDİ: "Hizbullah"ın silah anbarı vuruldu
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı Secuda rayonunda şiə "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbə endirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "Əsgər heyəti üçün təhlükə yaradan silahlar aşkar edildikdən sonra SAXAL Livanın cənubundakı Secuda rayonunda "Hizbullah"ın silah anbarına zərbə endirib", - deyə bəyanatda bildirilib. Mətbuat xidməti qeyd edib ki, zərbə təhlükənin aradan qaldırılması məqsədilə endirilib. SAXAL-ın məlumatına görə, obyektdə Livanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlarda istifadə edilən silahlar saxlanılırdı.
Mənbə
oxu.az
Oxşar Xəbərlər