Dünya

Fatih Altaylıdan SƏRT SUAL: "Azərbaycan deyəndə niyə hamı şahin kəsilir?"

27 Sep 2026, 00:48 3 baxış
Fatih Altaylıdan SƏRT SUAL: "Azərbaycan deyəndə niyə hamı şahin kəsilir?"
Türkiyəli jurnalist Fatih Altaylı Azərbaycanla Türkiyə arasında nifaq yaradılması cəhdlərinin olduğunu bildirib. Oxu.Az xəbər verir ki, o, öz saytında dərc etdiyi köşə yazısında bu mövzuya toxunub. "Nə üçünsə bəziləri Türkiyə ilə Azərbaycanı bir-birinə düşmən etmək üçün əllərindən gələni edirlər. Görünür, "iki dövlət, bir millət" vəziyyətindən narahatdırlar. İstifadə etdikləri mövzu isə İsraildir. Azərbaycanla İsrail arasındakı münasibətlər Azərbaycanla Türkiyə arasında nifaq yaratmaq üçün daim gündəmə gətirilir. Bu dəfə də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Netanyahu çıxış edərkən Azərbaycan nümayəndəsinin salonda olması Türkiyə mediasında səhifə-səhifə yayımlanır, "Hamı etiraz etmək üçün salonu tərk etdi, o çıxmadı", - deyilir". F.Altaylı eyni zamanda zaldan çıxmayanlar arasında Birləşmiş Ərəb Əmirlikləri təmsilçisinin də olmasına diqqət çəkib. "Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri çıxdılar, yoxsa onlar da Netanyahunu sona qədər dinlədilər? Niyə onlara söz deyən yoxdur? Bilirsiniz, eşidirsiniz, Uqanda Türkiyəyə qarşı son dərəcə düşmən və təhqiramiz mövqe sərgiləyir. Həmin o "adamyeyən" İdi Amin Dada ilə məşhur olan ölkə. İndi isə başqa bir diktatorun boyunduruğu altındadır və diktatorun Baş Qərargah rəisi olan oğlu Türkiyəni təhqir etməkdə davam edir. Bəs Uqandanın arxasında kim var? Bu çirkli diktaturanı kim dəstəkləyir? Əlbəttə ki, Birləşmiş Ərəb Əmirlikləri. Əmirliklərdən söhbət düşəndə hamı susur. Azərbaycan deyəndə isə hamı şahin kəsilir. Görəsən, niyə?", - deyə jurnalist fikrini sərt ritorikalı sualla yekunlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər