İdman
41 yaşlı Modriç yenə TARİX YAZDI: Xorvatiya səfərdə qalib gəldi - VİDEO
UEFA Millətlər Liqasının I turunda (A Liqası) Çexiya və Xorvatiya yığmaları qarşılaşıblar. Komandalar Çexiyanın paytaxtı Praqadakı "Fortuna Arena" stadionunda üz-üzə gəliblər. Görüşün baş hakimi italiyalı Simone Sotsa olub. Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. 47-ci dəqiqədə Xorvatiya millisinin 41 yaşlı yarımmüdafiəçisi Luka Modriç hesabı açıb. Futbolçu milli komandanın heyətində keçirdiyi 203-cü matçda fərqlənib. 54-cü dəqiqədə Çexiya millisinin yarımmüdafiəçisi Adam Karabets hesabı bərabərləşdirib. 77-ci dəqiqədə yarımmüdafiəçi Marko Paşaliç Xorvatiyanın ikinci qolunu vurub. 79-cu dəqiqədə çexiyalı yarımmüdafiəçi Matey Radostanın vurduğu qol VAR-ın qərarı ilə ofsayd səbəbindən ləğv edilib.
Millətlər Liqasının A Liqasının III qrupunda yer alan digər iki komanda İspaniya və İngiltərə yığmalarıdır. Qrupda II turun oyunları sentyabrın 29-da, çərşənbə axşamı keçiriləcək. Çexiya İngiltərəni qəbul edəcək, Xorvatiya isə səfərdə İspaniya ilə qarşılaşacaq. Günün digər qarşılaşmaları aşağıdakı nəticələrlə bitib: A Liqası, III qrup İngiltərə - İspaniya - 2:3 B Liqası, I qrup Sloveniya - Şotlandiya - 0:0. Şimali Makedoniya - İsveçrə - 0:3 C Liqası, I qrup San-Marino - Finlandiya - 0:7 Albaniya - Belarus - 2:0 C Liqası, III qrup Farer adaları - Qazaxıstan - 1:1 Slovakiya - Moldova - 2:0 C Liqası, IV qrup Bolqarıstan - Lüksemburq - 1:2 İslandiya - Estoniya - 1:1. Millətlər Liqasının hazırkı qalibi Portuqaliya millisidir. Ötən turnirin finalında Portuqaliya İspaniyanı penaltilər seriyasında məğlub edib - 2:2, penaltilər seriyası - 5:3. Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının ikiqat qalibidir.

Mənbə
oxu.az