Dünya
Futbolla bundan gözəl vidalaşmaq olmazdı: Əfsanəvi hücumçu son oyununda QOL VURDU - VİDEO
Braziliyalı hücumçu Vaqner Lav peşəkar futbolçu karyerasının son oyununda qol vurub. Oxu.Az xəbər verir ki, 41 yaşlı ulduz "Retro"nun "Ceara"nı 3:1 hesabı ilə məğlub etdiyi Braziliya Şimal-Şərq Kuboku matçında 90+4-cü dəqiqədə fərqlənib. Bununla da Vaqner Lav karyerasını qolla başa vurub. Görüşdən əvvəl hər iki komandanın futbolçuları veteran hücumçu üçün fəxri dəhliz təşkil ediblər.
Karyerası ərzində 440-dan çox qol vuran Vaqner Lav, xüsusilə, Moskva ÇSKA-sındakı çıxışı ilə tanınıb. O, 2005-ci ildə Rusiya klubunun heyətində UEFA Kubokunu qazanıb. Braziliya millisində 20 oyun keçirən hücumçu dörd qol vurub. O, karyerası ərzində, həmçinin "Flamenqo", "Korintians", "Monako" və "Beşiktaş"ın formalarını geyinib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər