Kriminal

Siyəzəndə minik avtomobili aşıb: Yaralılar var - FOTO

27 Sep 2026, 02:31 3 baxış
Siyəzəndə minik avtomobili aşıb: Yaralılar var - FOTO
Sentyabrın 26-sı saat 23:10-da Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, "Opel" markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində beton maneəyə çırpılıb və yolun kənarına aşıb. Hadisə nəticəsində biri uşaq olmaqla, ümumilikdə iki nəfər xəsarət alıb. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Siyəzəndə minik avtomobili aşıb: Yaralılar var - FOTO Siyəzəndə minik avtomobili aşıb: Yaralılar var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər