İdman

Yamal vurdu, Keyn penaltini qaçırdı: İspaniya İngiltərəni "Uembli"də DEVİRDİ - VİDEO

27 Sep 2026, 00:52 2 baxış
Yamal vurdu, Keyn penaltini qaçırdı: İspaniya İngiltərəni "Uembli"də DEVİRDİ - VİDEO
UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda (A Liqası) İngiltərə və İspaniya yığmaları qarşılaşıblar. Oyun Londondakı "Uembli" stadionunda keçirilib. Görüşün baş hakimi italiyalı Davide Massa (İmperiya, İtaliya) olub. Qarşılaşma İspaniya millisinin 2:3 hesablı səfər qələbəsi ilə başa çatıb. Matçda hesabı ikinci dəqiqədə İspaniya millisinin vingeri Lamin Yamal açıb. İngiltərə yığmasının yarımmüdafiəçisi Entoni Qordon 36-cı dəqiqədə hesabı bərabərləşdirib. İngiltərə millisinin hücumçusu Harri Keyn 40-cı dəqiqədə meydan sahiblərini önə keçirib. 54-cü dəqiqədə Cud Bellinqemə qarşı qayda pozuntusuna görə təyin olunan penaltini Harri Keyn dəqiq yerinə yetirə bilməyib. Hücumçunun zərbəsindən sonra top tirə dəyib. İspaniyalıların hücumçusu Aleks Baena 60-cı dəqiqədə hesabı bərabərləşdirib. 74-cü dəqiqədə isə Mikel Oyarzabal qonaqları önə keçirərək matçın yekun hesabını müəyyənləşdirib - 2:3.

Qrup mərhələsinin II turunda İngiltərə sentyabrın 29-da Çexiya ilə qarşılaşacaq. İspaniya isə həmin gün Xorvatiya ilə üz-üzə gələcək. Günün digər qarşılaşmaları aşağıdakı nəticələrlə bitib: A Liqası, III qrup Çexiya - Xorvatiya - 1:2 B Liqası, I qrup Sloveniya - Şotlandiya - 0:0. Şimali Makedoniya - İsveçrə - 0:3 C Liqası, I qrup San-Marino - Finlandiya - 0:7 Albaniya - Belarus - 2:0 C Liqası, III qrup Farer adaları - Qazaxıstan - 1:1 Slovakiya - Moldova - 2:0 C Liqası, IV qrup Bolqarıstan - Lüksemburq - 1:2 İslandiya - Estoniya - 1:1. Millətlər Liqasının hazırkı qalibi Portuqaliya millisidir. Ötən turnirin finalında Portuqaliya İspaniyanı penaltilər seriyasında məğlub edib - 2:2, penaltilər seriyası - 5:3. Qeyd edək ki, Portuqaliya Millətlər Liqasının ikiqat qalibidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər