Kriminal

Salyanda TIR minik avtomobili ilə toqquşdu: 5 yaralı var

27 Sep 2026, 00:53 3 baxış
Salyanda TIR minik avtomobili ilə toqquşdu: 5 yaralı var

Salyanda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Sərxan Hicran oğlu Tağıyev idarə etdiyi "Volvo" markalı TIR yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Əlvan Mikayıl oğlu Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.


Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və VAZ-2107-nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Şəhla Ağacan qızı Eyniyeva, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar.


Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər