İdman

İki saxta sertifikat futbolçuya baha başa gəldi: Millidən UZAQLAŞDIRILDI

26 Sep 2026, 23:24 3 baxış
İki saxta sertifikat futbolçuya baha başa gəldi: Millidən UZAQLAŞDIRILDI
MLS təmsilçisi "Atlanta Yunayted" klubunun hücumçusu Brel Embolo COVID-19-a qarşı peyvənd sertifikatı satın aldığı barədə yayılan məlumatlardan sonra İsveçrə millisindən kənarlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının (SFV) saytında məlumat verilib. "Embolo şəxsi həyatı və KİV-də yayılan məlumatlarla bağlı SFV-ni məlumatlandırıb. Bununla əlaqədar SFV rəhbərliyi futbolçunun əvvəlcədən planlaşdırıldığı kimi komandaya qoşulmaması və millinin hazırkı təlim-məşq toplanışını onsuz başa vurması barədə qərar qəbul edib. Bu qərar komandanın Millətlər Liqasının qarşıdakı oyunlarına tam diqqət yetirməsini təmin etmək məqsədi daşıyır", - deyə bəyanatda bildirilib. "Schweiz Heute" portalı sentyabrın 25-də məlumat yayıb ki, futbolçu 2021-ci ildə tanışı vasitəsilə iki saxta peyvənd sertifikatı əldə edib. 2025-ci ilin noyabrında o, bu hüquqpozmasına görə hər biri 3 min frank olmaqla 20 günlük ödəniş məbləğində cərimələnib. Bununla belə, qərar ictimaiyyətə məlum olmayıb. Həftənin əvvəlində İsveçrə millisinin kapitanı Qranit Caka da oxşar qalmaqala düşüb və o da milli komandanın qarşıdakı oyunlarından kənarlaşdırılıb. 29 yaşlı Embolo İsveçrə millisinin heyətində 92 oyuna çıxıb və 26 qol vurub. "Atlanta Yunayted"də hücumçunun komanda yoldaşı Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Mirançukdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər