Kriminal

Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı

27 Sep 2026, 00:36 2 baxış
Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı
Salyanda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Sərxan Hicran oğlu Tağıyev idarə etdiyi "Volvo" markalı yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Əlvan Mikayıl oğlu Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və VAZ-2107-nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Şəhla Ağacan qızı Eyniyeva, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər