İdman
"Real"dan Mbappe ilə bağlı BƏD XƏBƏR: Diaqnoz açıqlandı
Fransa millisinin və Madrid "Real"ının futbolçusu Kilian Mbappeyə sol dizinin arxa kapsulunun həddindən artıq açılması diaqnozu qoyulub. Oxu.Az xəbər verir ki, bu barədə İspaniya klubunun saytında məlumat verilib. Daha əvvəl məlumat verilmişdi ki, Millətlər Liqasının ilk turunda Fransa millisi Türkiyə yığmasını 1:0 hesabı ilə məğlub edib. Mbappe yeganə qolu vurduqdan sonra əvəzlənməsini istəyib. "Bu gün futbolçumuz Kilian Mbappenin tibbi müayinələrinin nəticələrinə əsasən, ona sol dizinin arxa kapsulunun həddindən artıq açılması diaqnozu qoyulub. Onun bərpa prosesi nəzarətdə saxlanılacaq", - deyə bəyanatda bildirilib. Mbappenin 27 yaşı var. O, Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında gümüş medal qazanıb. O, dünya çempionatlarında 22 qolla rekordçudur. Hücumçu cari mövsümdə "Real"ın heyətində keçirdiyi səkkiz oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.
Mənbə
oxu.az