İdman
Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub. Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb. Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı. Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk edib.
Mənbə
oxu.az