Cəmiyyət

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları dəyişir

25 Sep 2026, 11:02 4 baxış
Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları dəyişir
Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti 3 klasterdə birləşən 9 səriştə əsasında qiymətləndiriləcək. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti dövlət qulluğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb. Sənədə əsasən, nəticəyönümlülük klasterinə məlumatların idarə edilməsi və qərarvermə, nəticələrin əldə edilməsi, peşəkar inkişaf və dəyişikliklərə açıqlıq səriştələri daxildir. Başqaları ilə işləmək klasterində kommunikasiya, emosional zəka və komanda işi səriştələri yer alır. Vətəndaşlara xidmət klasterinə isə cəmiyyət üçün dəyərlərin yaradılması, dürüstlük və etibarlılıq səriştələri daxildir. Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti bu səriştələrə əlavə olaraq, Liderlik klasterində birləşən 3 səriştə üzrə də qiymətləndiriləcək. Bunlar insanları idarə etmək, strateji düşüncə və başqalarını inkişaf etdirmək səriştələridir.
Mənbə oxu.az

Oxşar Xəbərlər