İqtisadiyyat

Azərbaycandakı xarici şirkətlərin əksəri gəlirlərini də ölkəmizə yatırırlar – Nazirdən mühüm açıqlamalar

25 Sep 2026, 10:57 3 baxış
Azərbaycandakı xarici şirkətlərin əksəri gəlirlərini də ölkəmizə yatırırlar – Nazirdən mühüm açıqlamalar
"Bu gün Azərbaycan qazı, 10-u Avropa İttifaqının üzvü olmaqla, 16 ölkəyə ixrac edilir. Bu da Azərbaycanı coğrafi əhatə dairəsinə görə dünyanın aparıcı boru kəməri qazı təchizatçılarından birinə çevirir". Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya forumunda deyib. O bildirib ki, Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə daha çoxdur: "Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyaların və təkrar investisiyaların həyata keçirilməsinə davamlı olaraq imkan yaradır. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti əldə etdikləri mənfəəti yenidən burada, xüsusilə ənənəvi enerji istehsalı ilə yanaşı, bərpa olunan enerji sahəsinə də yatırmağı seçirlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər