Dünya

Ermənistan ordusunda kredit xaosu: Hərbçilər pula görə bir-birilərini qətlə yetirirlər

25 Sep 2026, 11:00 4 baxış
Ermənistan ordusunda kredit xaosu: Hərbçilər pula görə bir-birilərini qətlə yetirirlər
Ermənistan Müdafiə Nazirliyi hərbçilərin kredit öhdəlikləri ilə bağlı araşdırmalar aparacaq. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Bildirilir ki, sentyabrın 24-də Sisyanda daha bir hərbçi həlak olub. "İlkin məlumatlara görə, hərbi qulluqçular arasında mübahisə baş verib və bundan sonra qumbara partlayıb. Ölən şəxs 2022-ci ildən bəri xidmət edən müqaviləli hərbi qulluqçu olub. Hərbi qulluqçular arasında münaqişə maliyyə məsələləri səbəbindən yaranıb. Ordudakı mənbə iddia edir ki, baş verən hadisədən sonra bütün hərbçilərdən istisnasız olaraq bütün kredit öhdəliklərinin mövcudluğu və məbləği barədə məlumat təqdim etmələri tələb edilib. Görünənə görə, maliyyə problemləri bu cür faciələrin səbəblərindən biri ola bilər. Eyni zamanda kreditlər barədə məlumatlarının verilməsi tələbi hərbçilər arasında narazılığa səbəb olub. Onlar hesab edirlər ki, Müdafiə Nazirliyi onların şəxsi həyatlarına müdaxilə etmək və maliyyə sirri ilə bağlı məlumatları tələb etmək hüququna malik deyil", - deyə nəşrin materialında bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər