İdman

Qol sevincinə görə meydandan qovuldu - VİDEO

25 Sep 2026, 09:48 4 baxış
Qol sevincinə görə meydandan qovuldu - VİDEO
İsrailin futbol üzrə milli komandasının hücumçusu Səid Əbu-Fərhi vurduğu qoldan sonra silahdan atəş açmağı təqlid edən sevinci səbəbindən meydandan qovulub. Oxu.Az xəbər verir ki, hadisə UEFA Millətlər Liqasının ilk turunda Avstriya yığmasına qarşı keçirilən oyun zamanı baş verib.

Matçın 52-ci dəqiqəsində Əbu-Fərhi qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalandırılıb. Üç dəqiqə sonra, o, hesabı bərabərləşdirərək künc bayrağına tərəf qaçıb və ondan silahla atəş açmağı təqlid etmək üçün istifadə edib. Bunun ardınca forvard ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb. Qarşılaşma avstriyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra İsrail yığmasının baş məşqçisi Ran Ben Şimon bildirib: "Oyunun nəticəsindən məyusam. Qarşıda hələ beş oyunumuz var və mən enerji mənbəyi tapmalıyam. Futbolda belə hallar olur, lakin biz özümüzə gələcəyik və onların ruh yüksəkliyini artıracağıq. Oyunçular çox məyusdurlar, matça çox hazırlaşmışdıq və xeyli müsbət işlər görmüşdük. Hesab 1:1 olarkən və bərabər heyətlərlə oyun bir qədər fərqli idi, qələbə üçün oynayırdıq, lakin on nəfərlə deyil. Əbu-Fərhinin nəyə görə qovulduğunu tamamilə anlayıram: o, künc bayrağını qaldırdı və onu Avropanın qarşısında yellətdi - bu, sarı vərəqədir. Dördüncü hakim bunu mənə izah etdi və mən də başa düşdüm. Belə hallar baş verir, o, hələ gəncdir və öyrənəcək, hər zaman yüz faiz gücünü meydanda qoyan istedadlı oyunçudur. Biz ona dəstək olacaq və əhval-ruhiyyəsini yüksəldəcəyik".
Mənbə oxu.az

Oxşar Xəbərlər