Siyasət

Tacikistanın baş naziri Bakıda Zəfər parkını və Fəxri xiyaban ziyarət edib - FOTO

25 Sep 2026, 10:55 4 baxış
Tacikistanın baş naziri Bakıda Zəfər parkını və Fəxri xiyaban ziyarət edib - FOTO
Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ümummilli liderin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, əziz xatirəsinə dərin ehtiram ifadə olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib. Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistanın baş naziri Zəfər abidəsinin önünə əklil qoyub. Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
{{gallery}}
Tacikistanın baş naziri Bakıda Zəfər parkını və Fəxri xiyaban ziyarət edib - FOTO Tacikistanın baş naziri Bakıda Zəfər parkını və Fəxri xiyaban ziyarət edib - FOTO Tacikistanın baş naziri Bakıda Zəfər parkını və Fəxri xiyaban ziyarət edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər