Dünya

Trampın Baydenlə bağlı zarafatı Si Cinpini güldürdü - VİDEO

25 Sep 2026, 01:28 2 baxış
Trampın Baydenlə bağlı zarafatı Si Cinpini güldürdü - VİDEO
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenlə bağlı zarafatı ilə Çin Sədri Si Cinpini güldürüb. Oxu.Az xəbər verir ki, bununla Ağ Ev görüntüləri yayımlayıb.

Tramp Çin liderinə ABŞ dövlət başçılarının portretlərinin yer aldığı "prezidentlər dəhliz"ini nümayiş etdirib. Baydenin portretinin yerinə isə onun imzasının əks olunduğu avtoqələm təsvir edilib. Zarafatın mahiyyəti ondan ibarətdir ki, Trampın fikrincə, Bayden ABŞ prezidenti olduğu dövrdə sənədləri heç də həmişə şəxsən imzalamayıb. Çin lideri bu zarafatı təbəssümlə qarşılayıb. Xatırladaq ki, Tramp daha əvvəl də Baydenin prezidentliyi dövründə sənədləri şəxsən imzalamasına şübhə ilə yanaşdığını bildirib. Onun iddiasına görə, Baydenin prezidentliyi dövründə real idarəetməni prezidentin avtoqələminə çıxışı olan "radikal solçu lunatiklər" həyata keçiriblər. Bundan əlavə, Tramp Si Cinpinə ABŞ prezidentinin may ayında Pekinə səfəri zamanı çəkilmiş fotosunu nümayiş etdirib. Tramp zarafatla: "Bu kimdir? Mən onu tanımıram! Biz sizə böyük hörmət bəsləyirik. Biz bunu ehtiram əlaməti olaraq bir il əvvəl bura asmışıq", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər