Dünya

ABŞ İrana məxsus 600 milyon dollar dəyərində nefti ələ keçirdi: Tehrandan SƏRT REAKSİYA - FOTO

25 Sep 2026, 01:48 3 baxış
ABŞ İrana məxsus 600 milyon dollar dəyərində nefti ələ keçirdi: Tehrandan SƏRT REAKSİYA - FOTO
ABŞ hakimiyyətinin İran neftini müsadirə etdiyi bildirilir. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən "TankerTrackers" xidməti məlumat yayıb. Xidmətin məlumatına görə, ABŞ tərəfindən ümumilikdə təxminən 6 milyon barrel xam neft müsadirə edilib. Neftin ümumi dəyərinin 600 milyon dollara yaxın olduğu bildirilir. Məlumata görə, cari ilin may ayında Hind okeanında saxlanılan tankerlər hazırda Atlantik okeanından keçərək ABŞ sahillərinə doğru hərəkət edir. Tehran Vaşinqtonun bu addımlarını rəsmi olaraq "dövlət quldurluğu aktı" və İran xalqına məxsus resursların qanunsuz mənimsənilməsi kimi qiymətləndirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər