Siyasət
Mher Qriqoryan: "Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq"
"Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq". Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməsə də, İrəvan və Bakı arasında bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb. "Biz reqlamenti təsdiqlədik və işlər buna uyğun olaraq davam etdiriləcək. Bu barədə mütləq elan olunacaq", - deyə Qriqoryan qeyd edib. O, həmçinin Ermənistanın regionda vəziyyətin sabitləşməsinə və uzunmüddətli sülhə kökləndiyini bildirib.
Mənbə
oxu.az