Siyasət

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

25 Sep 2026, 00:53 3 baxış
Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq.


Axar.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.


O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib, lakin qeyd edib ki, İrəvan və Bakının bu istiqamətdə əməkdaşlığı davam etdiriləcək.


"Biz reqlamenti təsdiqləmişik və işlər ona uyğun olaraq davam etdiriləcək. Bu barədə mütləq elan olunacaq", - Qriqoryan bildirib.


Onun sözlərinə görə, Ermənistan vəziyyətin sabitləşməsinə və regionda uzunmüddətli sülhə köklənib.

Mənbə axar.az

Oxşar Xəbərlər