Şou biznes
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu Oxu.Az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq", - deyə Ş.Taciroğlu bildirib. Qeyd edək ki, T.Şahmalıoğlu həm də şəkərli diabetdən əziyyət çəkir və bununla bağlı xeyli çəki itirib.
Mənbə
oxu.az