Şou biznes

Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi

24 Sep 2026, 17:30 4 baxış
Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi
Bloqer Oksana Samoylova repçi Ciqanın (əsl adı Denis Ustimenko-Veynşteyndir) valideynlik hüquqlarının məhdudlaşdırılması tələbi ilə məhkəməyə iddia ərizəsi təqdim edib. Oxu.Az-ın 59.ru-ya istinadən məlumatına görə, müvafiq müraciət Moskvanın Savelovski Rayon Məhkəməsinə daxil olub. Samoylovanın vəkili Marina bildirib ki, iddia tələblərinə həmçinin yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerinin ana ilə müəyyən edilməsi də daxildir. Qeyd edək ki, Samoylova və Ciqan 13 illik rəsmi nikahdan sonra boşanıblar. Keçmiş ər-arvad əmlak məsələlərini müqavilə bağlayaraq həll ediblər. Cütlüyün dörd övladı var. Bir gün əvvəl repçinin Moskva ətrafındakı evində işçilərə atəş açdığı və onları təxminən on saat girov saxladığı barədə xəbərlər yayılmışdı. İddialara görə, həmin vaxt uşaqlar şkaflarda gizlənərək baş verənlər barədə analarına məlumat veriblər. Ciqan isə öz növbəsində bu məlumatları təxribat adlandırıb. O, valideynlik hüquqlarından məhrumetmə ilə bağlı ehtimal olunan məhkəmədən çəkinmir və yalanların ona qarşı istifadə edilə bilməyəcəyini vurğulayıb. Bu hadisələrin ardınca sənətçi müalicə almaq məqsədilə İsraildəki reabilitasiya mərkəzinə yollanıb. Uşaqlar isə analarının yanında qalıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər