Dünya

Ermənistanda partlayış nəticəsində hərbçi öldü

24 Sep 2026, 13:14 17 baxış
Ermənistanda partlayış nəticəsində hərbçi öldü
Ermənistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçu ölüb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, hadisə sentyabrın 24-də qeydə alınıb. "Sentyabrın 24-də hələlik tam müəyyən edilməmiş şəraitdə baş vermiş partlayış nəticəsində müqaviləli hərbi qulluqçu D.K. həlak olub", - deyə məlumatda bildirilir. Bildirilir ki, hadisənin bütün detallarını aydınlaşdırmaq məqsədilə araşdırmalara başlanılıb. Xatırladaq ki, 2026-cı ilin əvvəlindən etibarən Ermənistan Silahlı Qüvvələrində 13 hərbçinin ölüm halı qeydə alınıb, onların beşi müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər