Dünya

Türkiyədə güclü zəlzələ oldu - FOTO-VİDEO

24 Sep 2026, 12:22 18 baxış
Türkiyədə güclü zəlzələ oldu - FOTO-VİDEO
Türkiyədə 5.4 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:40-da qeydə alınıb. Zəlzələnin episentri Şanlıurfa vilayətinin Karaköprü rayonunda olub. Seysmik hadisənin ocağının 7.39 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib. Zəlzələ təkcə episentrdə deyil, həmçinin ətraf şəhər və bölgələrdə də hiss edilib. Öz növbəsində, Kandilli Rəsədxanası baş vermiş seysmik hadisənin gücünün 5.8 maqnitudaya bərabər olduğunu açıqlayıb. İtki və dağıntı barədə məlumat verilməyib.
Türkiyədə güclü zəlzələ oldu - FOTO-VİDEO Türkiyədə güclü zəlzələ oldu - FOTO-VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər