Siyasət

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

23 Sep 2026, 21:13 25 baxış
Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

Fransa Azərbaycanda 2023-cü ilin dekabrından etibarən saxlanılan Fransa vətəndaşı Martin Rayanın Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi qərarını məmnunluqla qarşılayıb.


Axar.az xəbər verir ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bu qərarın humanitar xarakter daşıdığı vurğulanıb və Fransa tərəfinin həmin addımı alqışladığı bildirilib.


“Azərbaycan Prezidentinin əfv qərarı iki ölkə arasında diplomatik təmasların davam etdirilməsi baxımından mühüm humanitar addımdır”, - deyə XİN-in açıqlamasında qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər