Siyasət

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

23 Sep 2026, 20:08 23 baxış
Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jan Noel-Barro ilə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) X sosial şəbəkə hesabında paylaşım edilib.


Nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib və əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər