Dünya

Polşa HƏYƏCANDA: Rusiyanın "Mi-8" helikopterinə görə qırıcılar havaya qalxdı

23 Sep 2026, 18:58 23 baxış
Polşa HƏYƏCANDA: Rusiyanın "Mi-8" helikopterinə görə qırıcılar havaya qalxdı
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Mi-8" helikopteri Polşanın hava məkanını pozub. Oxu.Az Tvrain.tv-yə istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb. Məlumata əsasən, insident sentyabrın 23-də saat 11:08-də (Bakı vaxtı ilə 13:08 - red.) Branevo yaşayış məntəqəsindən şimalda baş verib. Hadisədən sonra havaya qırıcı təyyarələr qaldırılıb. Polşa hərbçilərinin bildirdiyinə görə, Kalininqrad vilayətindən uçan helikopter təxminən 42 saniyə ərzində Polşanın hava məkanında olub. "İnsidentin xarakteri göstərir ki, Rusiya növbəti dəfə hava hücumundan müdafiə sistemimizin hazır olub-olmadığını yoxlayır. Polşa Respublikasının HHM sistemlərinin heyətləri günün 24 saatı müşahidə aparır və Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün daim hazırlıq vəziyyətindədirlər", - deyə qurumdan bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər