Dünya

Sergey Lavrov və Marko Rubio iki aydan sonra yenidən bir araya gəliblər - VİDEO

23 Sep 2026, 17:48 24 baxış
Sergey Lavrov və Marko Rubio iki aydan sonra yenidən bir araya gəliblər - VİDEO
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində görüş keçiriblər. Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.

Mətbuat üçün heç bir giriş sözü səsləndirilmədən başlayan danışıqlar qapalı formatda davam etdirilib. Xatırladaq ki, Lavrov və Rubio sonuncu dəfə düz iki ay öncə, iyulun 23-də Manilada ASEAN (Cənub-Şərqi Asiya ölkələri) tədbirləri çərçivəsində bir araya gəlmişdilər və ozamankı görüş yarım saatdan bir qədər çox çəkmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər