Siyasət

Azad olunan Martin Ryan Fransaya yollandı

23 Sep 2026, 18:02 21 baxış
Azad olunan Martin Ryan Fransaya yollandı
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün əfv olunan Fransa vətəndaşı Martin Ryan öz ölkəsinə yola düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "AnewZ" telekanalı məlumat yayıb. Qeyd olunur ki, Fransanın xeyrinə casusluq etməkdə təqsirləndirilərək məhkum olunmuş M.Ryan Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikolya Lernerin müşayiəti altında vətəninə dönüb. "DGSE rəhbəri Nikolya Lerner Bakıya gələrək Fransa vətəndaşı Martin Ryanı Azərbaycandan gedərkən müşayiət edib. Mənbələrin verdiyi məlumata əsasən, Lerner təyyarə ilə Azərbaycanı tərk edən Ryanı müşayiət etmək məqsədilə xüsusi olaraq Bakıya səfər edib", - deyə məlumatda vurğulanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər