Siyasət

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

23 Sep 2026, 09:13 25 baxış
Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib.


Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında məlumat verilib.


Qəbul 8 avqustda (2025-ci il) Vaşinqtonda keçirilən sammit və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının artdığı bir vaxtda baş tutub.


Bildirilib ki, tərəflər əlaqələr, enerji, ticarət və investisiyalar da daxil olmaqla, əməkdaşlığın daha da gücləndirilməsini gözləyirlər.

Mənbə axar.az

Oxşar Xəbərlər