Siyasət

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə nələri müzakirə etdi?

22 Sep 2026, 23:23 7 baxış
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə nələri müzakirə etdi?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın XİN-in "X" sosial şəbəkəsində məlumat yayıb. Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş zamanı Azərbaycanın BMT-nin fəaliyyətində fəal iştirakı və aktual qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər