Siyasət

Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb

22 Sep 2026, 21:40 24 baxış
Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassislə görüş keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb. Görüş zamanı Azərbaycan-İsveçrə əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub. Tərəflər siyasi dialoqun davam etdirilməsinin və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Söhbət zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Nazirlər qarşılıqlı əlaqələrin davam etdirilməsinin və beynəlxalq platformalarda konstruktiv əməkdaşlığın vacibliyini vurğulayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər