Dünya

Tramp Ukraynada müharibənin bitəcəyi vaxtla bağlı iddialı danışdı

22 Sep 2026, 20:36 7 baxış
Tramp Ukraynada müharibənin bitəcəyi vaxtla bağlı iddialı danışdı
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin gözlənildiyindən daha tez həll olunacağına əminliyini ifadə edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib. "Biz Rusiya və Ukrayna liderləri ilə çox sıx əməkdaşlıq edirik və biz buna davam edəcəyik. Bu baş verəcək. Düşünürəm ki, bu, bir çoxlarının düşündüyündən daha tez olacaq", - deyə o, Ukrayna münaqişəsinin həllini nəzərdə tutaraq bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər