Dünya

Səudiyyə Ərəbistanı PUA zərbələrinə məruz qalmış neft kəmərinin fəaliyyətini bərpa etdi

22 Sep 2026, 20:42 19 baxış
Səudiyyə Ərəbistanı PUA zərbələrinə məruz qalmış neft kəmərinin fəaliyyətini bərpa etdi
Səudiyyə Ərəbistanı ərazisindən keçən "Şərq-Qərb" neft kəmərinin fəaliyyəti yenidən bərpa olunub. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, boru kəməri bir müddət aşağı təzyiq altında fəaliyyət göstərib. Agentliyin məlumatına əsasən, ölkə artıq sentyabrın 22-də Yanbu limanı vasitəsilə neft ixracını bərpa edə bilər. Xatırladaq ki, sentyabrın 11-də İraq ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanının Mədinə və Ər-Riyad şəhərləri yaxınlığındakı "Şərq-Qərb" neft kəmərinə zərbə endirmişdi. Həmin hadisədən sonra bu xətt üzrə neftin nəqli müvəqqəti olaraq dayandırılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər