Siyasət

XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat

22 Sep 2026, 18:25 21 baxış
XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi"nə dair bəyanat yayıb. Oxu.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib. "Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi"ni, həmçinin onun nəticələrini tanımırıq", - bəyanatda vurğulanıb. Xatırladaq ki, Cənubi Osetiyada qondarma "prezident seçkisi" sentyabrın 18-də keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər